AzConvert-ə necə söz əlavə edək?
Bildiyiniz kimi AzConvert bəzi farsca və ərəbcə (qaydasız) sözlərinin, onların Azərbaycan dilinin qaydalarından uzaq olduqlarına görə, Sözluklərdən tapır və çevirir. Bu sözlükləri mən özüm kifayət qədər söz əlavə edmişəm (Ərəb-->Latın sözlüyü hələ çox naqisdir). Amma mütməinən unudduğum sözlərdə vardılar. Siz özünüz onları əlavə edə bilərsiniz.
AzConvert-də hər istiqamətə 2 sözlük ola bilər. Onların 1-i öncədən proqramın özündə var və onlari üstdəki dediyim qovluqda görürsünüz. Bu sözlükləri mən özüm hazırlamışam və proqramın hər yeni versiyasında onlara yeni sözlər əlavə edirəm. Siz öz sözlərinizi onlara əlavə edə bilərsiniz amma əgər bir gün yeni versiya qursaz, onlar aradan gedəcəklər. Bu problemi aradan aparmaq üçün bir başqa sözlüyün olmaq imkanını da qoymuşam. O sözlük proqramı quranda yoxdur və siz özünüz onu yarada bilərsiniz. Əgər dicts qovluğunda dict_AzL2AzA_user.dat vəya dict_AzA2AzL_user.dat adında bir yazı faylı yaradsaz və öz sözləriniz ona əlavə edsəz, proqram otomatik olaraq onu tanıyacaq və onu da əsil sözlüklə bərabər işlədəcək. Onun üçün sizə tövsiyə edirəm öz sözləriniz sadəcə ona əlavə edin.
AzConvert versiya 1 də sözlükləri yalnız əl ilə əlavə edə bilərdiniz amma yeni versiya 2 də proqramın özündən rahatlıqla əlavə edə bilərsiniz. İlk əl ilə əlavə etməyi deyirəm sonra proqram ilə.
1) Yeni sözləri əl ilə sözlüklərə əlavə etmək:
AzConvert-in sözlükləri, onun qurulduğu qovluqda (Misal üçün C:\Program files\AzGunSoft\AzConvert) və orada dicts adında qovluqda qeyd olunublar. O qovluğa gedsəz, sözlükləri görə bilərsiniz. dict_AzL2AzA.dat Latın-->Ərəb istiqamətinindir və dict_AzA2AzL.dat də Ərəb-->Latın istiqamətinindir. Siz istədiyiniz sözlüyü Notepad proqramı ilə açsaz, onun formatını görə bilərsiniz. İndi həmin bu formətdə öz sözləriniz əlavə edə bilərsiniz.

Diqqət 1: Gözdüyünüz kimi burada kəlməni [] əlamətlərinin arasında yazmalısınız və onun müadilini də = əlamətindən sonra. ] dan sonra hər nə qədər istəsəz böş yer verə bilərsiniz amma = dan sonra gərəv ara verməyərək müadili yazasınız. Həmçinin onu yazandan sonrada ara verməyərək Enter-i vurmalısınız. Ara versəzsə, o aralar çevirilən yazıda da özlərinigöstərəcəklər.
Diqqət 2: Əgər neçə sözün bir müadili olsa, onları dalbadal hərəsini öz [] əlamətlərində yazın və hamısından sonra sadəcə bir (=) yazın. Necə ki şəkildə də gördüyünüz kimi "abdulla" və "abdullah" ocur yazılıb.
Diqqət 3: Şəkildəki sözlük, mən yaradan sözlükdür. Üstdə dediyim kimi siz öz sözləriniz ona əlavə edməyin və sadəcə _user sözlüyünə əlavə edin.
2) Yeni sözləri proqramın özü ilə sözlüklərə əlavə etmək:
AzConvert versiya 2 də proqramın özündən yeni sözləri sözlüyə əlavə edə bilərsiniz. Onun üçün istədiyiniz kəlməni seçin və Tools|Add word to dictionary (və ya F4) i vurun və açılan pəncərədə kalmə və müadilini yazın və Add-i vurun. Burada siz System və User sözlüyünüdə seçə bilərsiniz. Tövsiyə olunur hətmən User-ə əlavə edin.

Əgər ö kəlmə qabaqcadan sözlükdə olsa, sizə uyğun mesaj veriləcəkdir.
Diqqət 1: Tövsiyə olunur bir kəlməni əlavə edəndə, onun əklərini kəlmədən silin. AzConvert özü çoxlu əkləri tanıyır və onları kəlmədən ayırır. Misal üçün "ədalətsiz" kimi bir kəlməni əlavə etməyin və onun yerinə "ədalət" -i yazın; AzConvert "siz" əkini tanıyır.
Diqqət 2: Ərəb-->Latın sözlüklərinə hələlik kəlmə əkləməyin. Çünkü bu istiqamətin səhvə hələlik çoxdur və istəsəz sözləri əklədəsiz, onda gərək Azərbaycan dilinin yazı kəlmələrini əlavə edəsiz! İcazə verin mən onu yaxşılaşdırım və ondan sonra qalan kəlmələri sözlüyə əlavə edək!
Diqqət 3: Proqramın yeni versiyasını quranda, əvvəlcə öz _user sözlükləriniz bir başqa yerə kipiyalayın sonra köhnə versiyanı silin (uninstall edin) və yeni versiyanın qurun (install edin). Yenidən _user sözlükləriniz əlavə edin.
** AzConvert Çeviriçi Proqramını bu bağlantıdan endirə bilərsiniz:
AzConvert-i endirin